...Moldovanın hazırkı hakimiyyəti xalqı yoxsulluğa sürükləyir və vəziyyət durmadan pisləşir.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Moldovanın Qaqauz muxtariyyətinin rəhbəri Yevgeniya Qutsul “İzvestiya”nın müxbiri İqor Baldinlə söhbətində danışıb.
...Təəssüf ki, indiki PAS (Fəaliyyət və Həmrəylik Partiyası-A.B.) hökumətinin gəlişi ilə bütün ölkənin, bütün Moldova Respublikasının sakinləri yoxsulluq içində yaşayırlar və hər gün daha da yoxsullaşırlar.
Bunu deyən Qutsulun sözlərinə görə, hətta Qaqauziya rəhbəri postuna seçki kampaniyası zamanı o da öz komandası kimi, o cümlədən Moldovanın müxalifət partiyasının lideri İlan Şor muxtariyyət sakinlərinin vəziyyətinin yaxşılaşdırılması üçün hər şeyi edəcəyinə söz verib.
...Qeyd edək ki, bu, siyasətçinin son aylarda Rusiyaya ikinci səfəridir.
Hələ mart ayında Qutsul Muxtar Respublika Xalq Məclisinin sədri Dmitri Konstantinovla birlikdə Moskvaya gəlmişdi. Onun Moskvada Federasiya Şurasının sədri Valentina Matvienko və Rusiya hökumətinin digər nümayəndələri ilə görüşləri olub. Qutsul, həmçinin Soçidə keçirilən Dünya Gənclər Festivalının qonağı oldu və bu festival çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşüb.
...Və yeri gəlmişkən, Qaqauziya Moldovanın tərkibində muxtar ərazi qurumudur. 1995-ci ilin dekabrına qədər bölgə tanınmamış dövlət kimi mövcud idi. Qaqauziya hakimiyyəti, respublika rəhbərliyinin Avropa mövqeyinin əksinə olaraq, Rusiya ilə dostluğun tərəfdarıdır.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB