Türkiyə bir sıra məhsulların İsrailə ixracına məhdudiyyətlər tətbiq edib

Türkiyə bir sıra məhsulların İsrailə ixracına məhdudiyyətlər tətbiq edib

Türkiyə aprelin 9-dan bir sıra məhsulların İsrailə ixracına məhdudiyyətlər tətbiq edib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, bu barədə Türkiyənin Ticarət Nazirliyi bəyanat yayıb.

“Qərar İsrail beynəlxalq hüquq çərçivəsində üzərinə götürdüyü öhdəliklər çərçivəsində Qəzza zolağında dərhal atəşkəs elan edənə və humanitar yardımın çatdırılmasına mane olmağı dayandırana qədər qüvvədə qalacaq”,-deyə Türkiyenin Ticarət Nazirliyindən verilən bəyanatda bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə