Türkiyənin Milli Müdafiә Nazirliyi mәlumat yayıb

Türkiyənin Milli Müdafiә Nazirliyi mәlumat yayıb

İraqın şimalında həyata keçirilən hava əməliyyatı nəticəsində separatçı terror təşkilatı PKK-nın 4 üzvü də zərərsizləşdirilib.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Milli Müdafiə Nazirliyindən verilən açıqlamada deyilir:
"Türkiyə hərbçiləri İraqın şimalında terrorçulara ağır zərbələr endirir. İraqın şimalındakı Metina bölgəsində aşkarlanan 4 PKK terrorçusu həyata keçirilən hava əməliyyatı nəticəsində zərərsizləşdirilib. Terror və terrorçulara qarşı mübarizəmiz qətiyyətlə davam edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə