Dujarrik Qəzzaya göndərilən humanitar yardımla bağlı bəyanat verib

Dujarrik Qəzzaya göndərilən humanitar yardımla bağlı bəyanat verib

Birləşmiş Millətlər Təşkilatının Baş katibinin sözçüsü Stefan Dujarrik İsrailin mart ayında Qəzzaya göndərilən ərzaq yardımının yarıdan çoxunun bölgəyə daxil olmasına mane olduğunu açıqlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, Stefan Dujarrik keçirdiyi gündəlik mətbuat konfransında BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (OCHA) Qəzza ilə bağlı aylıq hesabatını açıqlayıb.
Jurnalistlərin suallarını cavablandıran Stefan Dujarrik mart ayında Qəzzaya çatdırılması planlaşdırılan yardımın İsrail hakimiyyəti tərəfindən əngəlləndiyini bildirib.
Stefan Dujarrik qeyd edib ki, BMT-nin mart ayında Qəzzaya göndərdiyi humanitar yardımın yarısından çoxu ya rədd edilib, ya da bloklanıb.
Qəzzanın şimal və cənub bölgələri arasındakı humanitar yardım işçilərinin çıxışı üçün yalnız bir əsas yolun olduğunu bildirən Stefan Dujarrik Qəzzanın şərq sərhədindəki yolun indiyə qədər məhdud şəkildə istifadə edildiyini qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə