Daşqın suları Rusiyanın əsas magistralına yaxınlaşıb

Daşqın suları Rusiyanın əsas magistralına yaxınlaşıb

Orenburq vilayətində sel suları M-5 Ural federal magistralına yaxınlaşıb.

SİA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya regionu hökumətinin mətbuat xidməti məlumat yayıb.

Söhbət Orenburq vilayətində əsas magistralın 118-ci kilometrliyindəki hissədən gedir. Regional hakimiyyət orqanları orada və daha iki ərazidə daşqın ola biləcəyini istisna etmirlər.

…Suyun yolun hərəkət hissəsindən keçməsinin qarşısını almaq üçün "Orenburqremdorstroy" Dövlət Unitar Müəssisəsi operativ şəkildə yol kənarlarını qaya ilə doldurub.

Bunu administrasiyadan bildiriblər.

…Bundan əvvəl Orenburq şəhərinin meri Sergey Salmin Ural çayında suyun səviyyəsi 914 santimetrə qalxdığından yerli sakinləri daşqınlar gələnə qədər təxliyə etməyə çağırıb. Hakimiyyət nümayəndəsi “Grand Park” yaşayış kompleksinin, Solneçnı və Kuybışev kəndlərinin, eləcə də şəhərin cənub hissəsindəki Zareçnı mikrorayonunun arxasında yerləşən SNT sakinlərinə müraciət edib - onlardan suyun gəlməsini gözləməməyi xahiş ediblər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə