Krım sakini rusları “öldürməyə” çağırırmış..?

Krım sakini rusları “öldürməyə” çağırırmış..?

...Təhlükəsizlik qüvvələri Krım sakinini açıq şəkildə ruslara qarşı zorakılığa çağırdığı üçün saxlayıb.

SİA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya FTX-nin Krım və Sevastopol üzrə departamentindən bildirilib.

Kəşfiyyat xidmətlərinin məlumatına görə, 51 yaşlı Feodosiya sakini açıq şəkildə anti-Rusiya və hökumət əleyhinə şüarlar səsləndirib. Rusların yazdığına görə, o, ekstremist fəaliyyətə çağırıb.

Krım sakininin ifadələrində dilçi ekspertlər “millətinə görə müəyyən edilən bir qrup şəxsə (ruslar) qarşı zorakılıq hərəkətlərinə çağırışlar” qeyd ediblər.

Hadisə əsasında ekstremizmə ictimai çağırışlarla bağlı cinayət işi açılıb.

Saxlanılan şəxsin işinə Feodosiya Şəhər Məhkəməsi baxacaq.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə