Rusiya Poltavaya raket zərbəsi endirib: bir nəfər həlak olub

Rusiya Poltavaya raket zərbəsi endirib: bir nəfər həlak olub

...Aprelin 9-na keçən gecə Rusiya hərbçiləri Poltavaya raket hücumu həyata keçirib. Poltava vilayət hərbi administrasiyasının rəhbəri Filip Pronin, bir nəfərin öldüyünü, on nəfərin isə yaralandığını bildirib.

Onun sözlərinə görə, qurbanlar arasında üç uşaq da var. Pronin zərbənin mülki binaya dəydiyini, onun damını dağştdığını bildirib.

Proninin sözlərinə görə, binada yanğın baş verib, bir neçə qonşu evə də ziyan dəyib.

...Deməli, SİA-nın əldə etdiyi məlumata görə, Ukrayna Hərbi Hava Qüvvələri ötən gecə Krivoy Roq, Dnepr yaxınlığındakı Kamenski istiqamətində və Ukraynanın qərb vilayətlərinə doğru “Şahed” tipli hücum pilotsuz təyyarələri, həmçinin ilhaq edilmiş Krımdan buraxılan yeni pilotsuz uçuş aparatları barədə məlumat yayıb.

Daha sonra Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın atdığı 20 “Şahed”in hamısının vurulduğunu bildirib.

Pilotsuz təyyarələr Nikolaev, Odessa, Xerson, Dnepropetrovsk, Poltava, Vinnitsa və Lvov vilayətlərinə uça bilib.

Bundan əlavə, Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya ordusu Ukraynaya dörd S-300 raketi ilə hücum edib, hücumların nəticələri barədə məlumat verilməyib.

Rusiyanın Zaporojyedəki sənaye obyektinə dünənki zərbəsi nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb. Bu barədə vilayət hərbi administrasiyasının rəhbəri İvan Fedorov məlumat verib.

...Bir gün əvvəl o, 14 binanın, o cümlədən yeddi çoxmərtəbəli yaşayış binasının zədələndiyini yazmışdı.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə