Bu il baş verəcək iki Günəş tutulmasından birincisi Meksikada baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, tutulma Meksikadan başqa ABŞ-ın şərq hissələrində və Kanadanın cənub-şərqində görünüb. Bəzi yerlərdə tutulmanın 4 dəqiqədən çox davam edəcəyi gözlənildiyi halda, meksikalılar tutulmanı izləmək üçün sahilyanı Mazatlan qəsəbəsinə toplaşıblar.
İlin ikinci və sonuncu Günəş tutulması Türkiyədən görünəcək. NASA-nın məlumatına görə, günəş tutulmaları 10 saniyə ilə təxminən 7 dəqiqə yarım davam edə bilər.
Müəllif: Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB