Çelyabinsk vilayətində kəndlərdən birində bənd uçub

Çelyabinsk vilayətində kəndlərdən birində bənd uçub

...Bu dəfə Çelyabinsk vilayətinin Bredinski rayonunun Pavlovski kəndində sahil bəndi uçub.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə mətbuat mərkəzi məlumat yayıb.

Mətbuat mərkəzinin məlumatına görə, Utyajkin Dol çayında bənd aşıb.

...Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və bələdiyyə administrasiyası hadisə yerindədir, vəziyyəti və suyun səviyyəsininin necə qalxdığını izləyirlər.

RİA Novosti yazır bunu.

Xatırladaq ki, bundan əvvəl Orenburq vilayətinin rəhbəri Denis Pasler Orskda yeni bənd tikiləcəyini bildirmişdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə