...75-ci ildönümünü qeyd edən NATO-nun bütün 30 üzvlərinin bayraqları Londonda, Bukingem sarayını Trafalqar meydanı ilə birləşdirən Mall-da dalğalanır.
Bəli, imkan verin dalğalansın, amma gəlin etiraf edək ki, bu sərgi NATO-nun ən pis vərdişini - yüksək səsli, lakin boş bəyanatlar və jestlərini mükəmməl şəkildə əks etdirir.
SİA-nın əldə etdiyi məlumata görə, bu fikirləri “The Times”-ın köşə yazarı Edvard Lukas bildirib.
Deməli, Lukasın sözlərinə görə, sərgi əlbəttə ki, gözəl mənzərədir, lakin o, Ukraynaya Rusiyaya qarşı hərbi səylərində heç bir şəkildə kömək edə bilməz.
Üstəlik, bütün avadanlıq və aktivlər Kiyevə göndərilməli olduğu halda, NATO Soyuq Müharibədən bəri ən böyük “Sabit müdafiəçi” təlimini keçirir.
Lukasın fikrincə, qurulduğundan 75 il sonra Şimali Atlantika Alyansı tamamilə bərbad vəziyyətdədir və gələcəyi haqqında heç bir fikri belə yoxdur.
Məsələ bundadır ki, NATO Rusiya ilə müharibə olacağı təqdirdə nəinki Ukraynaya, hətta ona üzv olan ölkələrə belə kömək edə bilmir.
…Reallıq budur ki, bu gün NATO-nun özünün bir sıra problemləri mövcuddur.
...Belə ki, ilk olaraq NATO-nun komanda strukturu bərbad vəziyyətdədir, silah ehtiyatları azdır, infrastruktur qeyri-adekvatdır, maddi-texniki təchizat bərbaddır. Bundan əlavə alyansın əksər texnikası “metallomluqdur”, yəni köhnəlib. Köşə yazarının sözlərinə görə, sürətli reaksiya qüvvələrinin yaradılması ilə bağlı vədlər də son dərəcə optimist fərziyyələri əks etdirir.
...Eyni dərəcədə problemli məsələ planlaşdırmanın qeyri-adekvatlığıdır. NATO-nun Rusiya ilə münaqişəyə hazırkı yanaşması köhnəlmiş, özündən razı düşüncəyə əsaslanır. Təbii ki, istənilən müharibə qısamüddətli olacaq, cəmi bir və ya iki həftə,..çünki Qərbin texnoloji üstünlüyü Rusiyaya sarsıdıcı zərbələr endirməyə imkan verəcək.
Və Amerikanın nüvə silahı qorxusu qisas alınmasının qarşısını alacaq(?).
Əslində bu hesablamalar nəinki Rusiyanın imkanlarını aşağı salır, həm də Qərbin imkanlarını yüksək qiymətləndirir.
...Deyirsən yəni inanaq?
Yeri gəlmişkən, NATO 2030-cu ilə qədər bir çox çatışmazlıqları aradan qaldırmağı planlaşdırır.
...Amma hələlik kağız üzərində.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB