Moskvanın Zamoskvoretski məhkəməsi rejissor Yevgeniya Berkoviç və teatr dramaturqu Svetlana Petriyçukun həbs müddətini növbəti dəfə uzadıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə paytaxtın ümumi yurisdiksiya məhkəmələrinin mətbuat xidməti xəbər verir.
Qızlar “Finist Yasnıy Sokol” tamaşasının quruluşuna görə terrora haqq qazandırmaqda ittiham olunurlar. Beləıliklə onların həbs müddəti 2024-cü il mayın 4-dək uzadılıb.
Bu gün Berkoviç və Petriyçukun istintaq təcridxanasında olmasının düz bir ili tamam olacaq.
Xatırladaq ki, 2022-ci ildə “Finist Yasnıy Şahin” əsəri nüfuzlu “Qızıl Maska” mükafatını alıb.
Amma... 30 iyun 2023-cü ildə Rusiya Ədliyyə Nazirliyi yanında Rusiya Federal Məhkəmə Ekspertizası Mərkəzi təqsirləndirilən şəxsin müdafiəsinin destruktologiyanın yalançı elm olduğu barədə sözlərini təsdiqləyib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB