İspaniya hökuməti daxili mənzil bazarının daralması qorxusu səbəbindən xarici əmlak alıcıları üçün “qızıl viza” proqramını ləğv edir.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Bloomberg baş nazir Pedro Sançesə istinadən məlumat yayıb.
İspaniya hökumətinin başçısı əmindir ki, belə bir tədbir bazar iştirakçılarına ev sahibliyinin “sadəcə spekulyativ biznes deyil, hüquq olduğunu” sübut edəcək.
Qeyd edək ki, bu gün Avropa İttifaqına üzv olmayan ölkələrin vətəndaşları 500 min avro dəyərində İspaniyada daşınmaz əmlakla yanaşı yaşayış icazəsi də ala bilərlər.
Lakin yaxın gələcəkdə bu imkan itiriləcək.
Əvvəllər Portuqaliya və İrlandiya oxşar təşəbbüslərlə çıxış edirdi.
İspaniya 2008-ci il iqtisadi böhranı fonunda ölkənin büdcə vəziyyətini yaxşılaşdırmaq və əlavə investisiya cəlb etmək üçün qızıl viza tətbiq edib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB