Minsk və Moskva arasında əsas dəmir yolu xətti...dağılıb?

Minsk və Moskva arasında əsas dəmir yolu xətti...dağılıb?

...Minsk və Moskva arasındakı magistral dəmir yolu xəttində nəqliyyat əlaqəsi kəsilib. Yük və minik avtomobillərinin olduğu yerüstü keçid dəmir yolu relslərinə aşıb.

Rusiyada baş verənlərdən sonra mövcud vəziyyəti həll etmək və maraqlı tərəfləri operativ məlumatlandırmaq üçün qərargah yaradılır.

SİA xəbər verir ki, TASS-ın Moskva Dəmir Yolunun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Smolensk vilayətinin Vyazma şəhərində yerüstü keçidin uçması səbəbindən qatarların hərəkəti dayandırılıb.

...Vyazma stansiyasının ərazisində dəmiryol relslərində yol ötürücüsünün uçması ilə əlaqədar Smolensk vilayətinin Vyazma-Semlevo hissəsində qatarların hərəkəti dayandırılıb.

Məlumatda belə deyilir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə