“A nu-ka, devuşki!” qayıdır...

“A nu-ka, devuşki!” qayıdır...

...Bizim o Xasay müəllim demiş, ölkədə aləm bir-birinə qarışıb, bunlar isə keyflərindən də qalmırlar..?

Deməli, o gün ölkə prezidenti Vladimir Vladimiroviç təsis qurumlarının rəhbərlərinə televizorlarda “Haydi, qızlar!” (“A nu-ka, devuşki!”) müsabiqəsini yenidən başlatmağı tapşırıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Kremlin rəsmi saytında dərc olunan təlimatlardan birində deyilir. Deyilənlərə görə, təklifin həyata keçirilməsinə cavabdeh Rusiya Federasiyasının təsis qurumlarının bütün yüksək vəzifəli şəxsləri təyin edilib. Hesabat noyabrın 1-dək dövlət başçısına təqdim edilməlidir.

Xatırladaq ki, SSRİ-də artıq eyni adlı korporativ müsabiqə var idi. Sonra 1970-1987-ci illərdə Mərkəzi Televiziyada eyniadlı veriliş yayımlandı.

Onu da xatırladaq ki, orada qızlar öz peşələrinin ən yaxşısı olmaq üçün yarışırdılar.

Yeri gəlmişkən, bundan əvvəl Nijni Taqil Uralvaqonzavodun (...qeyd edim ki, həmən vaxtlar qrumun rəhbəri onlar idi-A.B.) əməkdaşları Putindən “Haydi, qızlar!” müsabiqəsini canlandırmağı xahiş etmişdilər.

Prezident də öz növbəsində bu fikrə müsbət cavab verib...

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə