Rüşvətxorluğa görə 10 il azadlıqdan məhrum edilmiş Krımın keçmiş mədəniyyət naziri Vera (Arina) Novoselskaya xüsusi hərbi əməliyyatda iştirak etmək qərarına gəlib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RİA Novosti Moskva İctimai Monitorinq Komitəsinin üzvü Arslan Xasavova istinadən yazıb.
Komissiya üzvünün sözlərinə görə, eks-nazir artıq Ukraynada döyüş bölgəsində xidmət etmək üçün müraciət edib.
Deyilənlərə görə, bir gün əvvəl Xasavov paytaxtın istintaq təcridxanalarından birində Novoselskaya ilə görüşüb. Eyni zamanda hüquq müdafiəçisi bildirib ki, sən demə, sabiq məmur 3 ay əvvəl ərizə veribmiş.
...Xatırladaq ki, ötən ilin iyulunda Moskvanın Zamoskvoretski Məhkəməsi Novoselskayanı külli miqdarda - 25 milyon rubl rüşvət almaq işi üzrə 10 il müddətinə azadlıqdan məhrum edib. Müstəntiqlərin fikrincə, keçmiş nazir Krım Dövlət Uşaq Teatr Sənəti Mərkəzinin tikintisi ilə bağlı işlərin fonunda Sankt-Peterburqun “Meander” şirkətinin benefisiarı “ümumi himayə üçün” pul alıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB