İnəkdən şok hərəkət!

Almaniyanın qərbində inək tikinti materialları mağazasına girib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bir fermer dırnaqlarını təmizləmək üçün inəyi ora gətirib.

Amma inək qaçıb və tikinti materialları mağazasında "sığınacaq tapıb". İnək demək olar ki, heç bir şey dağıtmadan mallarla rəflərin yanından "səliqəli keçib".

Hadisə yerinə polis, fermer və mağaza sahibi gəlib. Onlar inəyi küçəyə çıxarıblar. Küçədə də mal-qara maşınının gözləyib. Sahibkar zarafat edib ki, pedikürdən əvvəl heyvan hansı rənglərin dəbdə olduğunu yoxlamaq qərarına gəlib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə