Sərnişin təyyarəsinin mühərrik qapağı düşdü - FOTOLAR

Sərnişin təyyarəsinin mühərrik qapağı düşdü - FOTOLAR

ABŞ-ın Denver şəhərindən Hyustona havaya qalxan Boeing 737-800 tipli sərnişin təyyarəsinin mühərrik qapağı düşüb. SİA xəbər verir ki, təyyarə Denverə qayıdıb. ABŞ Federal Aviasiya Administrasiyası (FAA) hadisə ilə bağlı araşdırmaya başladığını açıqlayıb.

ABŞ-ın Denver şəhərindən Hyustona uçan sərnişin təyyarəsinin mühərrik qapağı havaya qalxarkən yerindən çıxıb və qanad qapağına dəyib.

Southwest Airlines bildirib ki, hadisədən sonra təyyarə təhlükəsiz şəkildə Denverə enib və Hyuston sərnişinləri başqa təyyarəyə mindirilib.

Uçuş aprelin 4-də Texasdan havaya qalxmalı olan eyni modelli başqa bir təyyarənin mühərrikində baş verən yanğın səbəbindən təxirə salınıb.

FAA qeyd edib ki, sözügedən hadisələrlə bağlı araşdırmalar davam edir.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə