İngilis səyyahı 352 gündə 16 min kilometr qət etdi

İngilis səyyahı 352 gündə 16 min kilometr qət etdi

Russ Kuk adlı ingilis səyyah Afrikanı 352 gündə 16 min kilometr qət edərək səyahət edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Rus Kuk Cənubi Afrikada başladığı səyahətini dünən Tunisdə finiş xəttini qeyd etməklə tamamlayıb. Səyahətini anbaan sosial şəbəkədə paylaşan Kuk 352 gün qaçaraq 16 min kilometr qət etdiyini bildirib.

Kuk səyahəti zamanı Namibiya, Anqola, Konqo Demokratik Respublikası, Konqo Respublikası, Kamerun, Nigeriya, Benin, Toqo, Qana, Fil Dişi Sahili, Qvineya, Seneqal, Mavritaniya və Əlcəzairdən keçib.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə