...Rusiyanın Vilnüsdəki səfirliyinə iki gecə dalbadal “Molotov kokteyli” atılıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə DELFI Litva Polis Departamentinə istinadən yazır.
Verilən xəbərlərə görə, ilk insident aprelin 7-də saat 2:15-də baş verib.
Belə ki, “Ukrayna Qəhrəmanları” küçəsində naməlum şəxs səfirliyin binasına “Molotov kokteyli” ataraq divarı zədələyib. …Növbəti dəfə “Molotov kokteyli” səfirliyin binasına aprelin 8-də saat 02:46-da atılıb. Bu dəfə xəsarət və ya zədə ilə bağlı məlumat yoxdur.
…Polis araşdırma aparır.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB