Fransada polis əməkdaşları Avallon şəhərinin (Yonna departamenti) qadın meri Cəmilə Həbsəuinin evində axtarış apararkən orada 70 kiloqram çətənə aşkar ediblər. SİA xəbər verir ki, hüquq-mühafizə orqanlarına kommuna merinin qardaşının qadağan olunmuş maddələrin alveri ilə əlaqəsinin olması barədə məlumat daxil olub.
Xatırladaq ki, Həbsəui özü Fransa Sosialist Partiyasını təmsil edir və 2021-ci ildə Avallon administrasiyasının rəhbəri vəzifəsinə seçilib. O, həm də regional məsləhətçi kimi fəaliyyət göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB