Onu necə deyirlər,..ağac acı, can şirin...
Hə, deməli rusların indi də yazdığına görə, dindirilmə zamanı “Crocus Sity Hall”da terror aktı törətməkdə təqsirləndirilən şəxslər guya “koordinator”un adını çəkiblər.
SİA-nın əldə etdiyi məlumata görə, Birinci Kanal dindirilmənin yeni görüntülərini nümayiş etdirib.
...Deməli, cinayəti törədən dörd şəxs dindirilmə zamanı Kiyevdə gizlənməyi planlaşdırdıqlarını təsdiqləyiblər. Onlara dedikləri kimi, göstərişləri “koordinator” Sayfullo verib(?),
...Maraqlıdır, türklər demiş, Sayfullo kim?
SİA oxucularına xatırladır ki, 2017-ci ildə Nyu-Yorkda 8 nəfərin ölümü ilə nəticələnən terror aktı törədən Özbəkistan əsilli şəxsin də adı Sayfullo olub.
Gərək ki, həmən vaxt Sayfullo Saipov ABŞ-da şərti azadlığa buraxılmadan ömürlük həbs cəzasına məhkum edilib.
Və əgər bu həmən Sayfullodursa, onun rusların öldürülməsi ilə bağlı nə marağı...və bir də türmədə ola-ola necə “koordinator”luq edə bilər?
Amma rusa nə var ki, ağac acı...
Yenə deməli, “terrorçuların dediyinə” və rusların yazdığına görə, onları silahla təmin edən, qaçış yolu verən eləcə də cinayətdən sonra pul vəd edən də o, yəni Sayfullo olub.
...Və yenə də deməli, bundan əvvəl Rusiya İstintaq Komitəsi Moskva vilayətində terror aktı törətməkdə təqsirləndirilən şəxslərin mobil telefonlarından məlumat əldə edib.
İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin terror aktının maliyyələşdirilməsinin bütün mərhələlərinin yaradılmasının zəruriliyini bəyan edib.
...Az qalmışdı ki, “halal olsun!” deyəm.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB