Xersonda Rusiya hərbi texnikasının cəmləşdiyi yerə hücum edilib...

Xersonda Rusiya hərbi texnikasının cəmləşdiyi yerə hücum edilib...

...Ukrayna hərbçiləri HIMARS raket artilleriya sistemindən istifadə edərək, Xerson vilayətinin Velikie Kopani kəndindəki yanacaqdoldurma məntəqəsində Rusiya hərbi texnikasının cəmləşdiyi yerə hücum ediblər.

SİA-nın əldə etdiyi məlumata görə, görüntülər video internetdə yayılıb.

Videoda Ukraynaya məxsus pilotsuz uçan aparatın Xerson vilayətindəki yanacaqdoldurma məntəqələrindən birində rus işğalçılarını və onların ən azı dörd hərbi texnikasını görərək ərazinin kəşfiyyatını necə apardığı göstərilir.

Videonun sonunda rus hərbçilərinin yanan texnikanı qoyub qaçdıqları əks olunub.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə