...Bu gün axşam saatlarında Krasnodarda güclü yanğın başlayıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin Kuban idarəsi məlumat yayıb.
Verilən xəbərə görə, yanğın Krasnodar şəhər rayonunun şimal-şərqində yerləşən Industrialnı kəndində baş verib. Fövqəladə vəziyyət siqnalı Moskva vaxtı ilə saat 19.54-də qəbul edilib.
Saat 19.55-də yanğınsöndürənlər hadisə yerinə gediblər.
Qeyd edək ki, iki anqar yanır.
Yanğın sahəsi artıq 1,7 min kvadratmetrə çatıb.
Yanğının söndürülməsinə 20 texnikadan istifadə etməklə 70-ə yaxın mütəxəssis cəlb olunub.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB