...Polşadakı Quru Qoşunlarının keçmiş komandanı və keçmiş müdafiə nazirinin müavini general Valdemar Skşipçak bu yaxınlarda Polşa silahlı qüvvələrinə Belarus ordusunu məhv etmək üçün 2-3 saat vaxt lazım olduğunu söyləyib.
Maraqqlıdır ki, o, Belarus silahlarını “qırıntı yığını” adlandırıb.
SİA-nın əldə etdiyi məlumata görə, o bunu “Belsat”a verdiyi müsahibədə deyib.
...Skşipçakın dediyinə görə, Rusiyanın Ukraynaya qarşı təcavüzünün açıq mərhələsi başlayanda ruslar birinci mərhələdə hərbi texnikada böyük itki veriblər. İtkilər arasında ən çox gözə şarpan isə tanklar və piyadaların döyüş maşınları idi. Məhz buna görə də ruslar 2022-ci ildə həm tank, həm də piyada döyüş maşınlarında böyük çatışmazlıq yaşadılar. Və bununla əlaqədar olaraq Putin Belarus ordusundan bu tankların və piyadaların döyüş maşınlarının müəyyən hissəsini götürdü və bununla da Belarus ordusunu istənilən hərbi əməliyyat keçirmək imkanından məhrum etdi.
Hazırda Belarusda istifadəyə yararsız hesab edilən tanklar qalıb ki, indi də Lukaşenko onları təmir edib, mövcud olmayan gücünü nümayiş etdirmək üçün “poliqon”lara göndərir.
...Məhz elə buna görə də bu tankların “poliqon”larda nümayiş etdirilməsi heç bir təhlükə yaratmır.
...Və bundan əlavə, həmin “poliqon”lardakə belarus generallarının sayı bu Belarus tanklarından daha çoxdur. Yəni Belarusda az miqdarda texnika var və bu, bizi təhdid etmir.
Bunu da polşalı hərbçi bildirib.
Belarus ordusunun yalnız öz vətəndaşları üçün təhlükə yaratdığını deyən Skşipçak, Putin və Lukaşenkonun hələlik NATO-ya hücum etməyə cəsarət etməyəcəklərini də gizlətmir.
...Düşünürəm ki, uzun müddət böyük müharibə olmayacaq, çünki Rusiya ordusu sadəcə olaraq buna hazır deyil, o, Ukraynadakı müharibənin bataqlığındadır.
Bunu da Valdemar Skşipçak deyib və əlavə edib ki,..bu gün NATO-nun say və texnoloji üstünlüyü var və Rusiya müharibəyə başlasa, bu halda Putin imperiyasını basdırılacaq.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB