...Orenburqda Ural çayının səviyyəsi əlverişsiz 760 santimetr səviyyəsini keçərək 864 santimetrə çatıb.
SİA-nın əldə etdiyi məlumata görə, barədə meriyanın Telegram kanalında məlumat verilib.
Orenburq hidrometeorologiya mərkəzinin məlumatına görə, təhlükəli səviyyə 930 santimetrdir.
Daha əvvəl Rusiyanın Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand bildirmişdi ki, yaxın günlərdə Orenburq vilayətində daşqınla bağlı vəziyyətin yaxşılaşacağını gözləmək olmaz.
Xatırladaq ki, prelin 5-də axşam Orenburq vilayətinin Orsk şəhərində Ural çayında torpaq bəndi uçub. Nəticədə 4518 yaşayış binası və 4587 təsərrüfat sahəsi su altında qalıb. Zərərçəkənlər üçün müvəqqəti yerləşdirmə mərkəzləri yaradılıb, rayonda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları işləyir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB