Filippo Ukraynaya yardımı dayandırmağa çağırıb

Filippo Ukraynaya yardımı dayandırmağa çağırıb

...Fransanın Vətənpərvərlər Partiyasının rəhbəri Florian Filippot Ukraynaya hərbi dəstəyi dayandırmağa çağırıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə o, X sosial şəbəkə hesabında məlumat verib.

...Qərb mediası Ukrayna və Zelenskinin hərbi çöküşü ilə bağlı bir-biri ilə yarışır! Bu şərtlər altında Ukraynanı maliyyələşdirməyə və silahlandırmaqda davam etmək insanları qəsdən müəyyən ölümə sürükləmək deməkdir! Bütün bunları dayandırın!

Bunu yazan fransız siyasətçi əlavə edib ki, Ukraynaya maliyyə yardımı da dayandırılmalıdır.

Bundan əvvəl Filippo yazıb ki, Qərb mediası Rusiya Silahlı Qüvvələrinin Ukraynada cəbhəni yarıb keçə biləcəyindən danışır.

Filippo təcili olaraq Ukrayna üzrə sülh danışıqlarına başlamağı, Ukrayna Silahlı Qüvvələrinə sponsorluq etməyi və respublikanı silahla təchiz etməyi dayandırmağı tövsiyə edib. Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə