Qubernator yaşayacaq...

...Bıçaq yarası alan Murmansk vilayətinin qubernatoru Andrey Çibisinin vəziyyəti yaxşılışmaya doğru gedir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə regional səhiyyə naziri Dmitri Panıçev bildirib.

Onun sözlərinə görə, həkimlər qubernatorda yavaş da olsa, müsbət tendensiya qeyd edirlər. Çibis hələ də Murmansk Regional Klinik Xəstəxanasının reanimasiya şöbəsindədir, Səhiyyə Nazirliyinin rəhbəri aydınlıq gətirib.

...O, əlavə edib ki, Çibis ağır vəziyyətdən çıxsa da, amma əməliyyatdan sonrakı ağırlaşmaların yarana biləcəyi dövr hələ keçməyib.

Xatırladaq ki, Çibisin həyatına sui-qəsd aprelin 4-də axşam Apatitidə edilib. Belə ki, qubernatora bıçaqlı hücum edilib. Çibis təcili əməliyyat olunub və sonra Murmansk regional xəstəxanasına aparılıb. Hücum edən şəxs saxlanılıb. Onun yerli sakin Aleksandr Bydanov olduğu üzə çıxıb. O, cinayəti rayon rəhbərinə qarşı şəxsi düşmənçiliyi zəminində törətdiyini bildirib. Faktla bağlı Rusiya İstintaq Komitəsinin mərkəzi aparatı tərəfindən cinayət işi açılıb və araşdırma aparılır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə