Rusiya-Ukrayna münaqişəsinə mümkün qədər tez son qoyulmalıdır.
SİA-nın əldə etdiyi məlumata görə, bunu Slovakiyanın seçilmiş prezidenti Peter Pelleqrini Slovakiya televiziyasında deyib.
O, Rusiya ilə təmas üçün imkanlar axtarmağa şəxsən hazır olduğunu vurğulayıb.
…Biz Rusiya ilə ünsiyyət imkanlarını, münasibətləri yeniləmək yollarını, əlbəttə ki, bunun necə bitəcəyini axtaracağıq.
Bunu deyən Pelleqrini həmçinin Ukraynaya hərbi yardım göstərilməsinin və slovak hərbçilərinin ora göndərilməsinin əleyhinə çıxıb.
O, "Slovakiyanın həmişə müharibənin deyil, sülhün tərəfində qalması" üçün hər şeyi edəcəyinə söz verib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB