İranda zəlzələ oldu

İranın cənub-şərqində 4,5 bal gücündə zəlzələ baş verib. SİA xəbər verir ki, bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Milli Seysmologiya Mərkəzi məlumat yayıb.

Məlumata əsasən, zəlzələnin episentri Kirman vilayətinin eyniadlı Şəhdad rayonunun 24 kilometrliyində qeydə alınıb. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib. Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə