Morozovskdakı aviabaza dron hücumundan sonra necə görünür..?

...yeni peyk şəkilləri
Morozovskdakı aviabaza dron hücumundan sonra necə görünür..?

Bu arada internetdə pilotsuz təyyarənin hücumundan sonra Rusiyanın Morozovsk şəhərindəki aerodromun yeni görüntüləri yayımlanıb.

SİA-nın əldə etdiyi məlumata görə, görüntüləri “Crimea.Realities” teleqram kanalı yayımlayıb.

Nəşrin yazdığına görə, ruslar hücumdan sonra təyyarələrin yerini dəyişiblər.

Ehtimallara görə, bu zərər görmüş texnikanı hərəkət etdirərək pilotsuz təyyarə hücumunun nəticələrini gizlətməyə hesablana bilər.

Xatırladaq ki, aprelin 5-nə keçən gecə Rusiya Federasiyasının Rostov vilayətindəki Morozovsk aerodromunda partlayışlar baş verib.

İnternetdə pilotsuz təyyarənin hücumundan sonra hərbi aviabazanın necə göründüyünə dair yeni peyk şəkilləri meydana çıxıb.

Bir daha xatırladaq ki, görüntülər “Crimea.Realities” teleqram kanalında yayımlanıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə