CHP sədri əməliyyat olundu

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl əməliyyat olunub. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, onun öncəki gün səs tellərindən əməliyyat olunduğu bildirilib.

Qeyd edək ki, martın 31-də keçirilmiş yerli seçkilərdən sonra ilk beynəlxalq səfərini Rumıniyanın paytaxtı Buxarestə edən CHP sədri Avropa Sosialist Partiyasının (PES) burada keçirilən Liderlər Zirvəsinə qatılıb, ikitərəfli görüşlər keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə