İsraildə Netanyahunun istefası tələbi ilə kütləvi etirazlar keçirilir
...Şənbə günü etirazçılar yenidən Təl-Əviv, Qeysəriyyə və Hayfa küçələrinə çıxaraq İsrailin baş naziri Binyamin Netanyahunun istefasını və erkən seçkilərin keçirilməsini tələb ediblər.
SİA-nın əldə etdiyi məlumata görə, etirazçılar həmçinin hökumətdən ötən il oktyabrın 7-də Fələstinin “HƏMAS” qruplaşması tərəfindən girov götürülənlərin azad edilməsi üçün razılığa gəlməsini tələb edirlər.
Qeyd edək ki, qrup ABŞ və Avropa İttifaqında terrorçu kimi tanınır.
Bazar günü, aprelin 7-də “HƏMAS” yaraqlılarının İsrailə hücumundan və insanları girov götürməsindən düz altı ay keçir.
Etirazçının işarəsində elə belə də yazılıb: “Yarım il cəhənnəm”. Təl-Əviv, 6 aprel 2024-cü il.
...Girovların və itkin düşmüş şəxslərin ailələri forumunun Qüds bölməsinin təşkilatçısı Tom Barkai etirazçılara, “Biz əmin olduq ki, girovlarımız döyüş yolu ilə deyil, razılaşmalar yolu ilə bizə qaytarılacaq”-deyə bildirib.
Təl-Əvivdə etirazçılar Histadrut həmkarlar ittifaqının qərargahına doğru yürüş edərək təşkilat sədrindən genişmiqyaslı tətil elan etməyi tələb ediblər.
Belə ki, etirazçılar hökumətə təzyiq göstərmək istəyirlər ki, o, Qəzza zolağından girovların azad edilməsi üçün sövdələşmənin bağlanmasına razı olsun.
“The Times of Israel”in yazdığına görə, insanlar həmçinin “Elad, üzr istəyirik!” şüarları səsləndiriblər. Şənbə günü səhər saatlarında İsrail Müdafiə Qüvvələri Fələstinin radikal İslami Cihad qruplaşması tərəfindən əsir götürülən girov Elad Katzirin cəsədini geri qaytardıqlarını bildirib. İsrail ordusu onun yanvarın ortalarında öldürüldüyünə inanır.
“The Times of Israel”in yazdığına görə, bunlar 2023-cü il oktyabrın 7-dən İsraildə keçirilən ən böyük nümayişlərdir. Qəzet həmçinin Təl-Əvivdə nümayişçilərlə polis arasında toqquşmaların baş verdiyini yazır. Nümayişçilərin dağıdılması zamanı 4 nəfər saxlanılıb, yaşlı kişi isə polis atı ilə vurulub.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB