Ukraynada 18-dən 60 yaşa qədər olan qadınlar da hərbi xidmətə çağırılır?
...Kiyev təkcə kişiləri deyil, həm də 18 yaşdan 60 yaşa qədər bütün qadınları hərbi xidmətə cəlb olunanların reyestrinə daxil etmək niyyətindədir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Strana.ua” nəşri yazır.
...Zelenskinin imzaladığı “Hərbi xidmətə cəlb olunan şəxslərin elektron reyestrinə dair” qanunda qeyd olunur ki, dövlət orqanları cinsindən asılı olmayaraq 18 yaşdan 60 yaşadək bütün Ukrayna vətəndaşları haqqında məlumatı reyestrə təqdim etməlidirlər.
Qeyd edək ki, jurnalistlər reyestrə qadınların da daxil ediləcəyini güman edirdilər.
...Hökumət orqanları təkcə kişiləri deyil, 18 yaşından 60 yaşına kimi bütün qadınları da hərbi xidmətə cəlb olunanların reyestrinə daxil etmək niyyətindədir.
Bunu yurnalistlər iddia edirlər.
Xatırladaq ki, bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin sıralarında 45,5 mindən çox qadının xidmət etdiyi bildirilirdi.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB