Budapeştdə on minlərlə insan Orbana qarşı mitinq keçirib

Onlar “Qorxmuruq” və “Orbana istefa!” şüarları səsləndiriblər
Budapeştdə on minlərlə insan Orbana qarşı mitinq keçirib

...On minlərlə insan Budapeştin mərkəzinə toplaşaraq Viktor Orban hökumətinə etiraz edib. Etirazçılar parlamentə doğru yürüş edib, “Qorxmuruq” və “Orbana istefa!” şüarları səsləndiriblər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Reuters” xəbər verir.

Qeyd edək ki, nümayişə Macarıstanın hakim “Fides” partiyasının keçmiş üzvü, müxtəlif dövlət qurumlarında və banklarda çalışmış Peter Madyar rəhbərlik edib.

İndi o, öz siyasi partiyasını yaratmağı və bu ilin iyununda keçiriləcək Avropa Parlamentinə eləcə də yerli bələdiyyələrə seçkilərdə “Fides”ə meydan oxumağı planlaşdırır.

...Mart ayında Peter Madyar keçmiş həyat yoldaşı Judit Varqanın arxiv görüntülərini dərc edib.

Belə ki, o, ölkənin ədliyyə naziri vəzifəsindən istefa verən baş nazirin yaxın çevrə üzvlərini korrupsiya qalmaqalında ittiham edir. Madyar, dediyinə görə, bu səs yazısını da hüquq-mühafizə orqanlarına təhvil verib.

Madyarın sözlərinə görə, bu səs yazısı Macarıstanın baş nazirinin kabinetinin rəhbəri Antal Roqanın Ədliyyə Nazirliyində keçmiş dövlət katibi Pal Uelnerlə bağlı korrupsiya işi ilə bağlı saxta sənədlər hazırladığını sübut edir.

Yeri gəlmişkən, martın ortalarında dərc edilən “Median” sorğusuna görə, seçicilərin 68 faizi Madyarın siyasi arenaya çıxmasından xəbər tutub və onların 13 faizi onun partiyasını dəstəkləyəcəklərini bildiriblər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə