...“Euroclear” (dünyanın ən böyük təmizləmə sistemlərindən biridir-A.B.) depozitarındakı Rusiya aktivlərindən artıq mənfəət götürmək qərarına gələrək, Avropa İttifaqı özünün ayağına güllə atır.
SİA-nın əldə etdiyi məlumata görə, bunu Paris Ali Ticarət Məktəbinin hüquq və iqtisadiyyat professoru Armin Steinbax “Le Figaro” jurnalında yazır.
Onun sözlərinə görə, Moskvanın cavab tədbirləri əsasən Avropaya qarşı yönələcək və əsas aktivlərinin müsadirə olunmasını tələb edən ABŞ-a təsir etməyəcək.
...Rusiya üçün ən asan yol onun banklarında saxlanılan, həcmi Amerikadan üç dəfə böyük olan Avropa aktivlərini müsadirə etmək olardı.
Belə olan halda Ukraynaya yardım hökumətlərin deyil, Avropa şirkətlərinin cibindən gələcək.
Hüquqi nöqteyi-nəzərdən belə bir addım mübahisəlidir və suveren aktivlərin eləcə də mülkiyyət hüquqlarının bütövlüyü ilə bağlı suallar doğurur.
...ABŞ-dan fərqli olaraq, Avropanın imici qanunlara əməl etmək üzərində qurulub və başqalarının pulunu mənimsəyərsə, nəinki etibarını, hətta xarici investorları da itirə bilər.
...Artıq Rusiya məhkəmələrində davam edən “Euroclear” ilə bağlı məhkəmə prosesinin bölünməsi riski də göz ardı edilə bilməz. Bundan əlavə, İtaliyanın Almaniyadan nasist vəhşiliklərinə görə təzminat ödəməsini tələb etdiyi Beynəlxalq Ədalət Məhkəməsində bumeranq effekti mümkündür.
Dövlət toxunulmazlığı konsepsiyasına yenidən baxılarsa, Berlin İkinci Dünya Müharibəsi zamanı törədilmiş cinayətlərə görə Almaniyanın əmlakını müsadirə etmək üçün yeni cəhdlərlə üzləşəcək.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB