Slutski: “Qərb İrəvanı Ukrayna yoluna sıxışdırır”

Slutski: “Qərb İrəvanı Ukrayna yoluna  sıxışdırır”

Ukraynadakı uğursuzluqdan sonra Qərb İrəvan və Kişinyovdan Rusiyaya qarşı savaşda istifadə etmək qərarına gəlib. Bu, hər iki ölkənin suverenliyini itirməsinə, müharibələrə və kütləvi itkilərə səbəb ola bilər.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski söyləyib.

...Qərb İrəvanı Ukrayna yoluna sıxışdırır. Ermənistan-ABŞ-Avropa İttifaqı formatı inkişaf etdikcə bu, daha aydın görünür.

Slutski Telegram kanalında yazıb.

Onun fikrincə, Vaşinqton və Brüssel fəal şəkildə “yeni anti-Rusiya sınaq meydançaları” axtarır.

Moldova və Ermənistan getdikcə bu rolda görünür.

Slutski hesab edir ki, Qərbin Transqafqaz “planı” Ermənistan xalqının milli maraqları hesabına Rusiyanı zəiflətməkdir.

Gələcəkdə bütün Cənubi Qafqazda sabitliyin pozulması olacaq. Nəticədə Qərbin “yardımı” suverenliyin itirilməsi, vətəndaş müharibələri, itkilər və humanitar fəlakətlərlə nəticələnəcək.

...Məsələ burasındadır ki, bu iki ölkənin vətəndaşları bütün bunları “Ukrayna variantının” təkrarı kimi istəyirlərmi?

Slutski bunu da sual kimi qoyur.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə