...Ukrayna Silahlı Qüvvələrinin komandirləri çağırışçıları təlimsiz cəbhəyə göndərir və bu səbəbdən onlar tez ölürlər. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu etirafı Ukrayna Ali Radasının insan hüquqları üzrə komissarı Dmitri Lubinets edib.
...Lubinets, vətəndaşların səfərbər edilməsi ilə bağlı guya biabırçı halların olduğunu deyib.
Onun sözlərinə görə, buna görə cəzalandırılacaq bir rəis və ya komandir yoxdur. Lubinets hesab edir ki, baş komandan Sırskinin küçələrdən orduya apardığı ukraynalılar minimum üç aylıq təlim keçməlidirlə.
Bundan əlavə, təlim keçməmişlərin cəbhədəki ölümündə günahkar olanlar cinayət məsuliyyətinə cəlb edilməlidir.
Qeyd edək ki, Ukraynada 18-60 yaş arası kişilərin xaricə getməsi qadağandır. Bundan bir gün əvvəl 25 yaşı tamam olan ukraynalıların tibbi müayinədən keçmək və sənədləşmə işləri üçün hərbi komissarlıqlara çağırılmağa başlanıldığı bildirilir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB