Ekvador polisinin Meksika səfirliyinə basqın edərək ölkənin keçmiş vitse-prezidenti Xorxe Qlası saxlamasından sonra Meksika Ekvadorla diplomatik münasibətləri dayandırıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Reuters” yayıb.
Qeyd edək ki, iki dəfə korrupsiyada ittiham olunan Ekvadorun keçmiş vitse-prezidenti Xorxe Qlas Meksikanın Kitodakı səfirliyində gizlənirdi.
Ötən ilin dekabrında o, səfirliyə gələrək siyasi sığınacaq istəyib. Ekvador hökuməti daha sonra Meksikadan səfirliyə girməyi və Qlası həbs etməyi xahiş edib, lakin polisə giriş qadağan edilib.
...Və cümə günü, aprelin 5-də Meksika hökuməti Qlasa siyasi sığınacaq vermək qərarına gəlib.
Ekvador prezidenti Daniel Noboa Meksikanı “diplomatik missiyaya verilən toxunulmazlıq və imtiyazlardan sui-istifadə etməkdə” və ümumi qəbul edilmiş hüquqi çərçivəyə zidd olaraq diplomatik sığınacaq verməkdə ittiham edib.
Meksika prezidenti Andrés Manuel López Obrador həbsi “avtoritar akt”, beynəlxalq hüququn və Meksikanın suverenliyinin pozulması adlandırıb. O, həmçinin Ekvadorla diplomatik əlaqələrin dayandırılması barədə göstəriş verib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB