...Son bir ayda ruslar çoxlu sayda piyada döyüş maşınını itiriblər.
Deyilənlərə görə, onlar 2022-ci ilin oktyabrında indikindən daha çox itki veriblər.
SİA-nın əldə etdiyi məlumata görə, bunu OSINT analitiklərinin məlumatları sübut edir.
Onların məlumatına görə, yalnız 2024-cü ilin martında 262 rus piyada döyüş maşınının məhv edildiyini vizual olaraq təsdiqləmək mümkün olub. Bu, son 17 ayda bu zirehli texnikanın ən böyük itkiləridir.
Rusiya Federasiyası 2022-ci ilin oktyabr ayında daha çox piyada döyüş maşını itirib - 320 ədəd.
Xatırladaq ki, bütün genişmiqyaslı işğal dövründə mütləq rekord 2022-ci ilin sentyabrında qoyulmuşdu - 386 piyada döyüş maşını...
Qeyd edək ki, ruslar bu texnikanın böyük bir hissəsini itirməkdə davam edir.
Təkcə aprelin 1-də onlar döyüşdə rekord sayda piyada döyüş maşını itiriblər - 34 ədəd...
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB