...Cəbhədə indi ən sərt döyüşlər Pervomayski və Vodyanoy ərazilərində, eləcə də rusların Ukrayna müdafiəsini yarmağa çalışdığı Çasovoy Yarın şərqində davam edir.
SİA-nın əldə etdiyi məlumata görə, çoxsaylı hücumlara baxmayaraq, Çasov Yar Ukraynanın nəzarəti altındadır. Kupyanski və Limanski istiqamətlərində Ukrayna qoşunları taktiki uğur qazanır.
Qeyd edək ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski deyib.
O bildirib ki, cəbhədə vəziyyət ağır olaraq qalır. Havada, raket və artilleriya sursatında üstünlüyə malik olan işğalçılar zirehli texnikanın dəstəyi ilə hücum qruplarından da istifadə etməklə gecə-gündüz hücum əməliyyatlarını davam etdirirlər. Müəyyən istiqamətlərdə düşmən piyada, dalğa-dalğa, tağımdan tutmuş rotaya, bəzən də batalyona kimi hücum əməliyyatları keçirməyə çalışır.
Sirskinin fikrincə, hazırda çətin vəziyyət Baxmut istiqamətində Çasovoy Yar və Kleşçievkanın şərqindəki ərazilərdədir.
...Çasov Yar bizim nəzarətimiz altındadır, düşmənin məskunlaşan ərazilərə soxulmaq cəhdləri uğursuz alınıb.
Ukrayna Silahlı Qüvvələrinin baş komandanı vurğulayıb bunu.
...Ukrayna Müdafiə Qüvvələri öz mövqelərini və xətlərini sabit saxlamaqda, düşməni tükəndirməkdə, ona şəxsi heyət, silah və hərbi texnika baxımından əhəmiyyətli itkilər verməkdə davam edir.
Bunu da Sırski deyib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB