Bayden Misir və Qətər liderlərinə məktub ünvanlayıb

Bayden Misir və Qətər liderlərinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Cozef Bayden Misir və Qətər liderlərinə məktub ünvanlayaraq onlara atəşkəs üçün Fələstinin müqavimət hərəkatı ''HƏMAS''a təzyiq göstərmələri ilə əlaqədar çağırış edib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, yerli mətbuat orqanlarına açıqlama verən adı açıqlanmayan bir rəsmi bildirib ki, Bayden bu yaxınlarda Misir prezidenti Əbdülfəttah əs-Sisi və Qətər əmiri Şeyx Təmim bin Hamed Al Saniyə məktub ünvanlayıb.
ABŞ prezidenti Cozef Bayden cümə axşamı İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon əlaqəsi saxlayıb.

Cozef Bayden söhbət zamanı Qəzzada dərhal atəşkəsin təmin edilməsi və İsrailin bu istiqamətdə addım atması ilə əlaqədar çağırış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə