Türkiyədə qadınlar cümhuriyyət tarixinin rekordunu qırıblar

Türkiyədə qadınlar cümhuriyyət tarixinin rekordunu qırıblar

Türkiyədə martın 31-də keçirilən bələdiyyə seçkilərinin qeyri-rəsmi nəticələrinə görə, 81 vilayətdən 11-ni qadınlar idarə edəcək. SİA xarici mətbuata istinadən xəbər verir ki, 2019-cu ildə keçirilən yerli seçkilərdə qadın namizədlərin nisbəti 7,89 % olub. Bu seçkilərin sonunda 81 əyalətdən 4-də qadın bələdiyyə başçıları seçilib.

Qeyd edək ki, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk 1930-cu ildən başlayaraq türk qadınlarına bələdiyyə seçkilərində iştirak, sonra kənd muxtarı olmaq, məclis üzvlərini seçmək və seçilmək hüququ verən qanunu həyata keçirib.

31 Mart 2024-cü il yerli seçkilərdə qadınlar cümhuriyyət tarixinin rekordunu qıra biliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə