Keçmiş baş nazir vəfat edib

Seneqalda keçmiş baş nazir və prezidentliyə namizəd Məhəmməd Dionne vəfat edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, 64 yaşlı Dionne müalicə aldığı Parisdə dünyasını dəyişib.

Martın 24-də Bassiro Diomaye Fayenin qalib gəldiyi prezident seçkilərində namizəd olan Dionne xəstəliyi səbəbindən seçki kampaniyasını yarımçıq qoyub.

Xatırladaq ki, Dionne 2014-2019-cu illərdə, əvvəlki prezident Makki Sallın hakimiyyəti dövründə baş nazir vəzifəsində çalışıb.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə