Rumıniya Hərbi Dəniz Qüvvələri aprelin 8-dən 21-dək “Sea Shield 24” çoxmillətli təlimlər keçirəcək. SİA xəbər verir ki, bu təlimlərdə Rumıniya ilə yanaşı, 12 NATO ölkəsi (Bolqarıstan, Böyük Britaniya, Yunanıstan, Gürcüstan, İtaliya, Moldova, Niderland, Polşa, Portuqaliya, ABŞ, Türkiyə və Fransa) iştirak edəcək.
Bu barədə Rumıniya Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir:
“2,2 mindən çox hərbi qulluqçu və 135 hərbi texnika Qara dənizdə, onunla sahil zonasında, Dunay çayında və onun deltasında tapşırıqları yerinə yetirmək üzrə hazırlıq keçəcəklər”.
Xatırladaq ki, “Sea Shield” çoxmillətli təlimləri ilk dəfə 2015-ci ildə keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB