Medvedçukun avtomobili və bahalı saatları hərraca çıxarılır - FOTO

Medvedçukun avtomobili və bahalı saatları hərraca çıxarılır - FOTO

Ukraynanın aktivlərin axtarışı və idarə edilməsi agentliyi (AAİA) ölkədə fəaliyyəti qadağan edilmiş “Müxalifət platforması - Həyat naminə” partiyasının keçmiş lideri, “Başqa Ukrayna” hərəkatının idarə heyətinin sədri Viktor Medvedçukun avtomobili və qol saatları satışa çıxaracaq. SİA bildirir ki, bu barədə agentliyin rəsmi saytında məlumat verilib. Məlumata görə, “Maybach” markalı avtomobil və 20 kolleksiya saatı hərraca qoyulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə