KİSS qrupu öz musiqi kataloqunu və şəkillə bağlı hüquqlarını satır

KİSS qrupu öz musiqi kataloqunu və şəkillə bağlı hüquqlarını satır

Cin Simmons və Pol Stenlidən ibarət əfsanəvi KİSS Amerika rok qrupu dəyəri 300 milyon dollardan çox olan şəkil və musiqi kataloqu üzərindəki hüquqlarını satmaq üçün müqavilə imzalayıb. SİA xarici mediaya istinadla xəbər verir ki, müqavilə “Pophouse Entertainment” şirkəti ilə bağlanıb. “Pophouse” komandası eyni ilə ABBA kimi, lakin təkcə KİSS üzvlərindən ibarət virtual avatarlar yaradacaq. Şounun 2027-ci ilin ikinci yarısında hazır olması planlaşdırılır.

KİSS 1973-cü ilin yanvarında Nyu-Yorkda yaradılan, qlem-rok və hard-rok janrlarında ifa edən Amerika rok qrupudur. Qrup özünəməxsus şok-rok trendinin yaradılması, iştirakçılarının səhnə makiyajı, eləcə də müxtəlif pirotexniki effektlərlə müşayiət olunan konsert şouları ilə məşhurdur.

Bütün xəbərlər Facebook səhifəmizdə