Cari ilin birinci rübündə (yanvardan mart ayına qədər) ABŞ Suriya və İraqda İŞİD terror təşkilatına qarşı 94 əməliyyat keçirib. SİA-nın məlumatına görə, bu barədə cümə günü ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.
“Yanvardan mart ayına qədər İŞİD-i məğlub etmək üçün 94 missiya keçirilib, nəticədə 18 yaraqlı öldürüldü, 63-ü saxlanıldı”, - nazirliyin “X”dəki (keçmiş tviter) səhifəsində dərc edilən bəyanatda deyilir.
Qeyd olunur ki, əməliyyatların 66-sı İraqda, 28-i Suriyada həyata keçirilib. “Suriya və İraqda təxminən 2,5 min yaraqlının təqibinin davam etdirilməsi İŞİD-in son məğlubiyyətinin vacib komponentidir”, - paylaşımda deyilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB