Rusiyanın Orsk şəhərində bənd uçub: şəhəri su basır...

Hazırda 10 mindən artıq insanın təxliyəsi gözlənilir...
Rusiyanın Orsk şəhərində bənd uçub: şəhəri su basır...

...Rusiya Federasiyasının Orenburq vilayətinin Orsk şəhərində bənd uçub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri TASS əməliyyat xidmətinə istinadən verir.

Bu arada Orsk Vahid Növbətçi Dispetçer Xidmətindən İnterfaks-a bildirilib ki, bənd daşqın nəticəsində dağılıb.

...Agentliyin həmsöhbəti bildirib ki, şəhər sakinləri daşqın zonasında yerləşən evlərdən təxliyə edilirlər.

Təxminən 10 min insanın yaşadığı 4 minə yaxın fərdi yaşayış binası daşqın zonasından zərər çəkə bilər.

Deyilənə görə, bəndin nasazlığı ilk növbədə Orsk şəhərinin özəl sektorunu təhdid edir.

“Ural56.ru” nəşrinin məlumatına görə, artıq köhnə Orsk şəhəri boşaldılır.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, xilasedicilər və bələdiyyə xidmətləri bəndi möhkəmləndirməyə çalışırlar.

Maraqlıdır ki, deyilənlərə görə, Orsk mağazalarındakı bütün içməli sular demək olar ki, hamısı satılıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə