Bir "şpion"da Sankt-Peterburqda həbs edilib

Bir "şpion"da Sankt-Peterburqda həbs edilib

...Sankt-Peterburqda B.P.Konstantinov adına Sankt-Peterburq Nüvə Fizikası İnstitutunun (Kurçatov İnstitutu Elmi-Tədqiqat Mərkəzinin bir hissəsi) 48 yaşlı əməkdaşı Dmitri Boqmut Rusiya ordusu haqqında saxta məlumatlar yaydığına görə həbs edilib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə şəhər məhkəmələrinin birgə mətbuat xidməti məlumat yayıb.

Müstəntiqlərin fikrincə, şəxs üç ay ərzində sosial şəbəkələrdə Rusiya Silahlı Qüvvələrinin Ukrayna ərazisindəki hərəkətləri, o cümlədən Almaniyanın “Deutsche Welle” teleradio şirkətinin repostları vasitəsilə yalan məlumatlar yayıb.

Maraqlıdır ki, Boqmut məhkəmənin qərarına münasibət bildirməsə də, hakimdən onun müəyyən hərəkətlərə qadağa qoyulmasını istəyib.

Nəticədə fizik iyunun 3-dək istintaq təcridxanasında qalıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə