Cənubi Koreya Ukraynaya yeni yardım paketi ayıracaq

Cənubi Koreya Ukraynaya yeni yardım paketi ayıracaq

...Cənubi Koreya yeni maliyyə yardımı paketi çərçivəsində Ukraynaya 2,3 milyard dollar ayıracaq.

SİA xəbər verir ki, “Yonhap” agentliyinin verdiyi məlumata görə, bu barədə Cənubi Koreyanın xarici işlər naziri Ço Tae-yul bildirib.

...Seul bu ildən etibarən Ukraynaya 2,3 milyon dollarlıq orta və uzunmüddətli yardım paketi təqdim etməyi, həmçinin NATO-nun Ukraynaya Yardım Etimad Fondu vasitəsilə yaralı ukraynalı əsgərlərin reabilitasiyası üçün 12 milyon dollar təklif etməyi planlaşdırır.

Bunu Cənubi Koreyanın XİN rəhbəri bildirib.

...Eyni zamanda, Koreyalı nazir ölkənin Kiyevə öldürücü silahlar verməkdən imtina etdiyini bir daha təsdiqləyib.

Ço Tae-yul həmçinin Cənubi Koreyanın Hind-Sakit Okean regionunda təhlükəsizlik təhdidlərinə qarşı çıxmaq üçün NATO ilə əməkdaşlığı inkişaf etdirmək niyyətini açıqlayıb. Qeyd edək ki, bundan əvvəl Cənubi Koreya səfiri Li Do Hoon bu ölkənin Rusiya fiziki və hüquqi şəxslərinə qarşı birtərəfli sanksiyalar tətbiq etməsi ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə